İngiltərə çempionu olmuş futbolçu karyerasını bitirdi
Avstriya yığmasının və “Lester”in sabiq müdafiəçisi Kristian Fuks futbolçu karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, son olaraq ABŞ-ın “Şarlott” klubunda forma geyinmiş futbolçu 36 yaşında sevimli idman növü ilə vidalaşıb.
Fuks peşəkar karyerasına “Viner Noyştadtner” klubunda başlayıb. O, “Mattersburq”, “Bohum”, “Maynts”, “Şalke” kimi klubların da formasını geyinib. “Lester”lə İngiltərə çempionu olmuş sol cinah müdafiəçisi, 2021-ci ildən ABŞ-da oynayırdı. O, Avstriya yığmasında 78 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin