“Lester” “Çelsi”nin keçmiş baş məşqçisi ilə anlaşmağa yaxındır

“Lester” Enzo Mareskanın yerinə bir müddət əvvəl “Çelsi”yə rəhbərlik edən baş məşqçini təyin etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu 2023-cü ilin aprelindən bəri işsiz olan Qrem Potteri “sükan arxasına” gətirməyə yaxındır.

Hazırda tərəflər əməkdaşlığın yekun detallarını, o cümlədən Potterlə birlikdə gələcək məşqçilər heyətinin üzvlərini müzakirə edirlər.

“Lester” ötən mövsüm Çempionşipdə qalib gələrək, İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button