“Lester”in futbolçusuna daha bir klub “elçi düşüb”
“Arsenal” gələn mövsüm “Lester”in yarımmüdafiəçisi Yuri Tilemansı transfer etmək üçün favoritdir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu hazırkı klubu ilə yeni müqavilə imzalamaqda maraqlı deyil. Bu isə o deməkdir ki, “topçular” gələn il onu azad agent kimi transfer edə bilərlər.
25 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Liverpul”, “Barselona” və “Real” da maraqlanır.
Tilemansın “Lester”lə müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatacaq. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 13 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin