“Liverpul” çox yaxşı üstünlüyə sahib olsa da…” – “Lester”in futbolçusu
“Lester”in futbolçusu Rikardo Pereyra Premyer Liqanın 19-cu turunda “Liverpul”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, “goal.com”a danışan 26 yaşlı müdafiəçi, çempionluq yarışının bitmədiyini deyib:
“İngiltərədə heç vaxt kimin çempion olacağını bilmirsən. Lider “Liverpul”la aramızda 10 xallıq fərq var. Lakin ötən mövsüm yenə “Liverpul” “Mançester Siti”dən 7 xal öndə olsa da, sonda çempion MS oldu. Hazırda “Liverpul” çox yaxşı üstünlüyə sahib olsa da, nəticə bilinmir.
Bizi “Liverpul”la böyük oyun gözləyir. Çempionatda lider olan güclü komanda ilə qarşılaşacağıq. Çətin oyun olacağını bilirik, ancaq öz meydanımızda oynayacağıq və azarkeşlərimiz arxamızda olacaq. Yaxşı müdafiə olunsaq, nəsə edə bilərik”.
Bu gün keçiriləcək “Lester” – “Liverpul” matçı saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin