“Liverpul”un hədəfindəki “Lester”li

“Lester”in futbolçusu Harvi Barns karyerasını “Liverpul”da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb. Xəbərdə, 22 yaşlı yarımmüdafiəçinin “Liverpul”un hədəfində olduğu bildirilib.

Barns bu mövsüm sərgilədiyi oyunla Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Kloppun diqqətini çəkməyi bacarıb.      

“Lester”lə bu mövsüm Premyer Liqada 35 oyunda iştirak edən yarımmüdafiəçi 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button