
“Lester”i tərk edə bilər – “Bayern”in də maraqlandığı futbolçu
“Lester”in yarımmüdafiəçisi Uilfrid Ndidinin iş yerini dəyişmək ehtimalı var.
Komanda.az “Talksport”-a istinadən xəbər verir ki, “Nottingem Forest” nigeriyalı futbolçu ilə maraqlanır. 26 yaşlı futbolçu “Bayern”in də transfer siyahısında yer alıb.
Ndidi 2022/23 mövsümündə “tülkülər”in heyətində 30 oyuna çıxıb.
“Lester” 2023/24 mövsümündən etibarən Çempionşipdə mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin