Türk futbolçu İngiltərəni İtaliyaya dəyişə bilər
İngiltərənin “Lester” klubunun futbolçusu Çağlar Söyüncü karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, “Roma” qış transfer pəncərəsində 26 yaşlı türkiyəli müdafiəçini transfer etməyə çalışacaq.
Söyüncü bu mövsüm “Lester”in heyətində 2 oyuna çıxıb. O, zədə səbəbindən əksər matçlarda iştirak edə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin