
Vardi ilə yeni müqavilə imzalanacaq
Ceymi Vardi “Lester”də oynamağa davam edəcək.
Komanda.az “DeadlineDayLive”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi hücumçu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Tərəflər arasındakı mövcud müqavilə cari mövsümün sonunda başa çatır. Vardi 2012-ci ilin yayından “Lester”də çıxış edir.
İngiltərəli forvard bu mövsüm 34 oyun keçirib, 18 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin