“Lester Siti”dən “Beşiktaş”a
“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Lester Siti” klubunun əlcəzairli yarımmüdafiəçisi Raşid Gezzalı icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əlcəzair yığmasının da formasını geyinən vinger mövsümün sonuna qədər icarəyə götürülüb.
28 yaşlı futbolçu geridə qalan mövsümü icarə əsasında İtaliyanın “Fiorentina” klubunda keçirib. 2018-ci ildən “Lester Siti”də olan futbolçu, Lion “Olimpik”inin yetirməsidir. O, bu klubla yanaşı, Fransada “Monako”nun da uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin