
“Lester”in baş məşqçisi kim olacaq?
“Lester”də Klod Pyuelin göndərilməsindən sonra boş qalan baş məşqçi postuna namizədlər bəlli olub.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “tülkülər”in “sükan”ı üçün əsas namizədlər “Nyukasl”ı çalışdıran Rafael Benites, “Seltik”in baş məşqçisi Brendan Rocers və Belçika millisinə rəhbərlik edən Roberto Martinesdir.
İngiltərə mətbuatı, Rafael Benitesin “Lester”ə keçməyə daha yaxın olduğunu iddia edib.
“Lester”də dünən Klod Pyuel baş məşqçi vəzifəsindən göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin