“Lester” onunla razılığa gəldi
“Lester”in yarımmüdafiəçisi Ceyms Meddisonun komandadakı gələcəyi müəyyənləşib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “tülkülər”in heyətində qalacaq. Tərəflərin yeni müqavilə üçün razılığa gəldiyi bildirilir. Futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq və bu müqaviləyə görə, onun məvacibi, eyni zamanda təzminat məbləği yüksələcək. Yeni müqaviləyə yaxın günlərdə imza atılacağı gözlənilir.
2018-ci ilin yayında “Norviç”dən “Lester”ə keçən futbolçu, cari mövsümdə iştirak etdiyi 30 oyunda 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin