“Lester” 2 baş məşqçi arasında seçim edir

İngiltərənin “Lester” klubu hazırda baş məşqçi postuna iki namizəd arasında seçim edir.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Lester” “Brayton” və “Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potterlə “Vest Bromviç”in çalışdırıcısı Karlos Korberan arasında seçim edir. Tezliklə qərarın veriləcəyi gözlənilir.

Xatırladaq ki, komandanı Premyer Liqaya çıxaran Enzo Mareska bir müddət əvvəl “Çelsi” ilə müqavilə imzalayıb.

“Tülkülər” İngiltərə Premyer Liqasından aşağı liqaya düşdükdən cəmi bir il sonra elitaya qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button