
“Lerik”lə “Şirvan”ın oyununu FİFA hakimi idarə edəcək
Azərbaycan 2-ci Liqasına vəsiqə uğrunda “Lerik” və “Şirvan” komandaları arasında baş tutacaq pley-off görüşünün təyinatları açıqlanıb.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR hakimi Cavid Cəlilov AVAR isə Əli Əliyev olacaq. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Emin Cəfərovdur.
Oyun mayın 29-da “ASCO Arena”da, saat 16:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin