Leonardodan PSJ-dəki gələcəyi ilə bağlı açıqlama
PSJ-nin idman direktoru Leonardo Paris klubundakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.
PSJ-nin Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra braziliyalı funksionerin yayda postunu tərk edə biləcəyi bildirilirdi.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Leonardo klubdakı işinə davam etmək istədiyini deyib:
“PSJ-nin idman direktoru kimi işimə davam etmək istəyirəm. Planlarım dəyişməyib. Düşünürəm ki, səhvlər etdim, amma burada işləməyə davam etmək istəyirəm”.
Aprelin 23-də PSJ 10-cu dəfə vaxtından əvvəl Fransa çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin