Leonardo yenidən PSJ-də

İtaliyanın “Milan” klubu ilə yollarını ayıran Leonardo özünə yeni iş yeri tapıb.

Komanda.az xəbər verir ki, o, bundan sonra Fransanın PSJ klubunda idman direktoru kimi çalışacaq. Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı mütəxəssis 2011-2013-cü illər aralığında da PSJ-də idman direktoru kimi çalışıb. Bu dəfə o, sözügedən vəzifədə Antero Enrikeni əvəz edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button