
Jardimin yeni iş yeri bəlli oldu
Portuqaliyalı məşqçi Leonardo Jardimin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” komandasına rəhbərlik edəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
Jardim son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ı çalışdırıb. O, daha önce “Monako”, “Olimpiakos”, “Beyra Mar” kimi komandalara rəhbərlik edib, Fransa və Yunanıstan çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin