
Leno Londonda qalacaq, amma…
“Fulhem” “Arsenal”ın almaniyalı qapıçısı Bernd Leno ilə müqavilə imzalamağa yaxındır.
Komanda.az “Vest London Sport”-a istinadən xəbər verir ki, Londonun iki klubu arasında danışıqlar son mərhələdədir. Qapıçı ilə “Fulhem”in baş məşqçisi Marko Silva şəxsən maraqlanır.
Lenonun “Arsenal”la müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, “topçular”ın heyətində 122 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin