Məşhur müğənni Çempionlar Liqasının finalında çıxış edəcək
Məşhur amerikalı müğənni Lenni Kravitz Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə “Real” arasında keçiriləcək oyun başlamazdan əvvəl çıxış edəcək.
Komanda.az xəbər verir ki, qarşılaşma iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.
Xatırladaq ki, turnirin həlledici oyununa gedən yolda “Borussiya” 1/8 finalda PSV, 1/4 finalda “Atletiko”, yarımfinalda isə PSJ-ni məğlub edib. “Real” da öz növbəsində “Leyptsiq”, “Mançester Siti” və “Bayern”dən üstün olub.
Çempionlar Liqasında çempionluq sayına görə “Real” rekordçudur. Madridlilər bu turnirdə 14 dəfə qalib olub. “Borussiya” Çempionlar Liqasını cəmi bir dəfə – 1997-ci ildə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin