Lempardın yeni klubu bilindi – Rəsmi
“Çelsi”nin sabiq futbolçusu Frenk Lempard “Koventri” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Komanda.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, müqavilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Lempardın son iş yeri 2023-cü ilin aprelindən iyun ayına qədər baş məşqçi vəzifəsini icra etdiyi “Çelsi” klubu olub. O, daha əvvəl “Derbi Kaunti” və “Everton” komandalarına rəhbərlik edib.
“Koventri” hazırda Çempionşipdə 17 turun nəticəsinə əsasən turnir cədvəlində 17-ci pillədə qərarlaşıb və aktivində 17 xal var. Lempard komandada baş məşqçi kimi debütünü 30 noyabrda, “Kardiff Siti”yə qarşı keçiriləcək oyunda edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin