Lempardın istəyi
“Everton”un baş məşqçisi Frenk Lempard Premyer Liqanın 17-ci turunun “Vulverhempton”la oyunu (1:2) haqda açıqlama verib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, son dəqiqələrə qədər oyuna nəzarət etdiklərini deyib:
“Düşünürəm ki, 90 faiz bugünkü qərarlarımızı bəyəndim. Yəqin ki, birinci hissədə bir az daha sürətli hərəkət edə bilərdik. Amma matçın sonlarına doğru – qol buraxana qədər oyuna yaxşı nəzarət edirdik. Transfer pəncərəsində daha inamlı çıxış etməliyik. Məncə, futbolçularımız bu gün yaxşı oynadılar. İstəyirəm ki, azarkeşlər də bizi dəstəkləsinlər”.
“Everton” İngiltərə Premyer Liqasında 14 xalla 17-ci yerdədir. 13 xalı olan “Vulverhempton” 18 ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin