Lempard Mudriki “Everton”a aparmaq istəyirmiş

“Çelsi”nin baş məşqçisi Frenk Lempard klubun ukraynalı cinah oyunçusu Mixail Mudriki “Everton”a rəhbərlik edərkən almaq istədiyini etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Lempard bu transferin o zaman alınmadığını deyib:

“Everton”da olanda onu transfer etmək istəyirdim. Çox güman ki, bu, o vaxt alınmayacaqdı. Sonra o, “Çelsi”yə keçdi”.

Lempard 2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına kimi “Everton”a rəhbərlik edib.

Mudrik bu ilin əvvəlində “Şaxtyor”dan 70+30 milyon avroya “Çelsi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button