“Lempardı oynamağa layiq olduğuma inandırmaq istəyirəm”
“Çelsi”nin üzvü Antonio Rüdiger komandadakı taleyi ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunda az şans qazanan almaniyalı futbolçu, özünü sübut etmək istədiyini bildirib:
“Transfer pəncərəsinin bağlanmasına iki həftə qalmış bir neçə seçimim vardı. Təcrübə toplamaq üçün icarəyə də verilə bilərdim. Vaxt az olduğu üçün danışıqları uğurla yekunlaşdıra bilmədik. Düzü, mən özüm də başqa kluba transfer olunmağa hazır deyildim, çünki zədə səbəbiylə bir çox oyunu buraxmışdım. Bundan başqa, “Çelsi”də oynamaqdan, Londonda yaşamaqdan zövq alıram. Burda özümün ən yüksək keyfiyyətlərimi göstərməyə çalışacam. Baş məşqçi Frenk Lempardı oynamağa layiq olduğuma inandırmaq istəyirəm”.
Bizi Facebook-da izləyin