Lempard Şotlandiya klubunun təklifini rədd edib
“Çelsi”nin keçmiş çalışdırıcısı Frenk Lempard “Reyncers”in baş məşqçisi postuna namizədlər siyahısına daxil edilməyib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, ingilis mütəxəssis məşqçilik işinə qayıtmağa hazırdır, lakin “Reyncers”in “sükanı arxasına” keçmək istəmir.
Şotlandiya təmsilçisi oktyabrın 1-də baş məşqçi Maykl Bilin istefaya göndərildiyini elan edib.
Komanda 7 turdan sonra 12 xalla Şotlandiya çempionatının turnir cədvəlində üçüncüdür. “Reyncers” liqanın lideri “Seltik”dən 7 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin