Lempard həmin oyunu unutmayacaq

Frenk Lempard “Everton”un baş məşqçi postundan ayrıldıqdan sonra açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məyus olduğunu dilə gətirib:

“2022-ci ildə “Everton”a baş məşqçi təyin olunarkən çətin durumda olduğumuzu bilirdim. Keçən mövsüm komandanı İngiltərə Premyer Liqasında saxlamaq uğrunda çalışan hər kəslə fəxr edirəm. “Kristal Pelas”a qarşı oyunda baş verənləri heç vaxt unutmayacam.

Mənə dəstək olduqları üçün bütün mersisaydlılara və ailəmə təşəkkür edirəm. “Everton” həqiqətən, inanılmaz tarixə malik klubdur. Birlikdə daha yaxşısını edə bilmədiyimiz üçün məyusam. Kluba və bütün oyunçulara uğurlar arzulayıram”.

Yanvarın 23-də “Everton” Lempardı baş məşqçi postundan uzaqlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button