“Mançester Yunayted” pressinq baxımından Premyer Liqanın ən pis komandasıdır”
İngiltərə millisinin və “Çelsi”nin keçmiş futbolçusu Frenk Lempard “Mançester Yunayted”in zəif tərəfini dilə gətirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, son matçdan sonra “Çelsi”nin keçmiş yarımmüdafiəçisi “qırmızı şeytanlar”ın performansındakı qüsuru vurğulayıb:
“Mançester Yunayted” yəqin ki, pressinq baxımından Premyer Liqanın ən pis komandasıdır”.
“Qırmızı şeytanlar” Premyer Liqanın 10-cu turunun matçında öz meydanında “Çelsi” ilə heç-heçə edib (1:1).
Hazırda “Mançester Yunayted”ə Erik ten Haqın istefasından sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edən Rud van Nistelroy rəhbərlik edir. Noyabrın 11-dən Ruben Amorim komandanın yeni baş məşqçisi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin