Lempard: “Mən kömək etmək üçün buradayam”
“Çelsi”nin yeni baş məşqçisi Frenk Lempard komandaya qayıdışına münasibət bildirib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Lempard “Çelsi”yə kömək etmək istədiyini deyib:
“Mən kömək etmək üçün buradayam. Klubun sahibləri, burada işləyən insanlar, tibb işçiləri, işə götürənlər və kim mənimlə hansısa bir mövzuda danışmaq istəyirsə, burada mənim işim komandaya müsbət təsir göstərməyə çalışmaqdır”.
“Çelsi” Lempardla cari mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb. “Zadəganlar” aprelin 2-də Qrem Potteri baş məşqçi postundan istefaya göndəriblər.
Lempard 2019-2021-ci illərdə də “Çelsi”yə rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin