Lempard kuryoz hadisə nəticəsində əlini sındırdı

İngiltərənin “Everton” komandasının baş məşqçisi Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib.

Komanda.az xəbər verir ki, o, Premyer Liqanın 20-ci turundan təxirə salınmış və ötən gecə baş tutan “Nyukasl”la ev oyununda əlini sındırıb.

Lempard 90+9-cu dəqiqədə vurduqları qələbə qolunu qeyd edərkən xoşagəlməz aqibətlə üzləşib. 43 yaşlı mütəxəssis hadisəni belə xatırlayır:

“Heç nəyə yumruq atmadım. Amma 2 dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Bu cür nəticələr qazanaq, hər həftə əziyyət çəkməyə hazıram”.

“Everton” “Nyukasl”la oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button