“Lempard “Çelsi” tarixinin ən vacib 5 futbolçusundan biri olub” – Mourinyo
“Çelsi” və “Mançester Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyo açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, “zadəganlar”ın baş məşqçisi Frenk Lempardla bağlı danışıb:
“Bir klubun futbolçusu, daha sonra məşqçisi olmaq tamam başqadır. Lempard “Çelsi” tarixinin ən vacib 5 futbolçusundan biri olub. Hətta bəlkə də, ən yaxşı 3 futbolçusundan biridir. Amma məşqçilik karyerası fərqlidir. O, “Derbi Kaunti”də bir il təcrübə topladı və indi “Çelsi”nin “sükanı arxasında”dır. O, bu komandayla birlikdə Çempionlar Liqasında mübarizə aparır, UEFA superkubokunda oynadı. Lempard böyük təcrübəsi ilə bir məşqçi kimi inkişaf edəcək. Futbol hər zaman onun həyatının bir parçası olub. Düşünürəm ki, onun uğur qazanması üçün hər şərait var”.
Bizi Facebook-da izləyin