Lempard “Çelsi” ilə bağlı iddialardan danışdı
Növbəti mövsümdən “Çelsi”ni çalışdıracağı iddia edilən “Derbi” klubunun baş məşqçisi Frenk Lempard İngiltərə mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, Lempard iddialarla bağlı bunları deyib:
“Baş məşqçiliyə başlayanda hər kəs “Çelsi”ni çalışdırmalı olduğumu deyirdi. Mənim xəyalım, hər gün etdiklərimin ən yaxşısını etməkdir.
“Çelsi”nin qarşıda böyük bir oyunu var. Ondan da vacibi, bizim qarşılaşmamız var. “Çelsi”nin Avropa Liqasını qazanmaq üçün yaxşı baş məşqçisi var. “Çelsi”də 13 il çıxış etdiyim üçün insanların bu kluba qayıdacağımı düşünməsi normaldır. Ancaq hazırda bütün diqqətim “Derbi”dədir”.
Lempardın rəhbərlik etdiyi “Derbi” Çempionşipin pley-off mərhələsinin finalında “Aston Villa” ilə qarşılaşacaq. Mayın 27-də keçiriləcək qarşılaşmanın qalibi növbəti mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.
Bizi Facebook-da izləyin