“Mahir Emreli mövsümün tapıntısı ola bilər”
“Legiya”nın sabiq futbolçusu İqor Levçuk azərbaycanlı hücumçu Mahir Emrelinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Bude-Qlimt”lə (Norveç) ilk matçındakı çıxışını dəyərləndirib.
Komanda.az “legia.net” saytına istinadən xəbər verir ki, Levçuk, Mahirin “Legiya”da mövsümün tapıntısı ola biləcəyini deyib:
“Mahir Emreli mövsümün tapıntısı ola bilər. Komandaya yaxşı uyğunlaşıb. İlk rəsmi oyununda, özü də səfərdə iki qol vurmağı bacarıb”.
“Legiya” “Bude-Qlimt”i 3:2 hesabıyla məğlub edib. Mahir Emreli bu matçda iki qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin