“Legiya”nın futbolçusu: “Bəhanə yoxdur, heç nə edə bilmədik”

“Legiya”nın futbolçusu Joel Valensiya Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Varşava təmsilçisinin mətbuat xidmətinə danışan Antoliç, 0:3 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Legiya”nın nə üçün qələbə qazanmadığını bilmirəm. Keyfiyyətli futbolçularımız var, çox çalışmışdıq. Əlbəttə, son vaxtlar çox şey dəyişib. Bəhanə yoxdur, heç nə edə bilmədik. Səhvlərimizi qəbul edib, yolumuza davam etməliyik.

İlk hissəni daha yaxşı keçirə bilərdik. İkinci hissədə də imkanlarımız var idi, amma qol buraxdıqdan sonra başımızı aşağı saldıq. Yeni baş məşqçimiz, yeni oyun sistemimiz var, lakin bunlar bəhanə deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button