Mahir Emreli: “Hisslərimi sözlə ifadə etmək çətindir”

“Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli Çempionlar Liqasının 1-ci mərhələsinin “Bude-Qlimt”lə (Norveç) cavab matçından (2:0, ilk oyun 3:2) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, sözügedən görüşdə ilk qolun ötürməsini verən Emreli, “instagram” hesabında etdiyi paylaşımla azarkeşlərə təşəkkür edib:

“Hisslərimi sözlə ifadə etmək çətindir. Dünən möhtəşəm bir matç oldu. Bizi dəstəklədiyiniz üçün hamınıza təşəkkür etmək istəyirəm. Hər zaman sona qədər mübarizə aparıb yaxşı çalışsaq, bunun bəhrəsini görəcəyimizi bilirik. Növbəti mərhələdə görüşərik”.

Çempionlar Liqasının 1-ci mərhələsində “Bude-Qlimt”i mübarizədən kənarlaşdıran “Legiya” növbəti mərhələdə Estoniyanın “Flora” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button