“Legiya”dan UEFA-ya cavab: “Onu MaHEROvski deyə çağırın!”
Futbol üzrə Avropa Liqasının rəsmi “twitter” səhifəsində “Legiya”nın hücumçusu Mahir Emrelinin “Lester Siti”nin qapısına vurduğu qolun videosu paylaşılıb.
Komanda.az xəbər verir ki, Polşa təmsilçisinin “twitter” səhifəsi də bu paylaşıma biganə qalmayıb.
Polşa klubunun mətbuat xidməti UEFA-nın paylaşımına “Onu MaHEROvski deyə çağırın” sözləri yazılmış “tvit”lə cavab verib.
“MaHEROvski” sözündə yer alan “Hero” ingilis dilindən “qəhrəman” kimi tərcümə olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin