İddia: Mahir Emreli Türkiyə klubu ilə razılaşdı
Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 24 yaşlı futbolçunun “Başakşəhər” klubu ilə razılaşdığı bildirilib.
Mahir “Legiya” ilə hüquq çərçivəsində yollarını ayırdıqdan sonra “Başakşəhər”lə rəsmi müqavilə imzalayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin