“Legiya” yenidən baş məşqçi dəyişikliyinə hazırlaşır

Polşanın “Legiya” klubu yenidən baş məşqçisini dəyişdirməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

İddiaya görə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi bu komandada işlərin qaydasında getməməsi klub rəhbərliyini çıxılmaz vəziyyətə salıb. Bir müddət öncə Çeslav Mixneviçi istefaya göndərib, onu əvəzedici komandanın baş məşqçisi Marek Qolembevski ilə əvəz edən Varşava klubunun addımı heç bir müsbət effekt verməyib. Komanda yeni baş məşqçinin təyinatından sonra da məğlubiyyətləri sıralamaqda davam edir. Bu üzdən də rəhbərlik bu posta daha güclü mütəxəssislər axtarmağa başlayıb. Əsas namizədlərdən biri isə AÇ-2020-dən sonra Şimali Makedoniya yığmasından ayrılan İqor Angelovski hesab olunur. Onunla yanaşı, yunanıstanlı Yorqos Donis və rusiyalı Stanislav Çerçesovun da “Legiya”nın baş məşqçi postuna namizədlər arasında olduğu bildirilir.

Ötən mövsüm Polşa çempionu olan “Legiya” cari mövsümdə ölkə çempionatında keçirdiyi 12 oyunda cəmi 9 xal toplayıb və 18 kollektiv arasında 17-cidir. Avropa Liqasının qrup mərhələsindəki ilk iki oyunundan qalib ayrılan Mahirin komandası, bu turnirdəki son matçlarında da məğlubiyyətə üzülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button