“Legiya” “Qarabağ”la matçın iştirak ərizəsində dəyişiklik etdi
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Polşanın “Legiya” klubunun iştirak ərizəsində dəyişiklik edilib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fransız müdafiəçi Vilyam Remi heyətdən çıxarılıb.
29 yaşlı oyunçunun yerinə portuqaliyalı müdafiəçi Luis Roşa 30 futbolçudan ibarət siyahıya əlavə olunub.
Qeyd edək ki, oktyabrın 1-də Polşadakı “Voyska Polskoqo” stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin