“Legiya” Mahiri Dubaya gedəcək siyahıda göstərdi
Polşanın “Legiya” komandasının təlim-məşq toplanışı üçün Dubaya yollanacaq heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, Varşava təmsilçisi hazırlıqda iştirak etməli olan 35 futbolçunun adını göstərub.
Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var. Zədədən əziyyət çəkən Bartoş Kapustka ilə Joel Abu Hannanın yanvarın 14-də düşərgəyə qoşulacağı qeyd olunub. Bundan başqa, 5 oyunçunun koronavirusa yoluxduğu üçün təcrid olunduğu, Emrelinin isə yanvarın 5-də hazırlığa başlayandan düşərgəyə gəlmədiyi, səfərə gedəcək kollektivdə yer almayacağı vurğulanıb.
Görünür, “Legiya” rəhbərliyi də 25 yaşlı hücumçunun Dubay toplanışına qatılmasını gözləmir. Çünki futbolçu artıq kluba ayrılmaq istədiyini bildirib. Sadəcə, polşalılar formal olaraq Mahirin adını siyahıda göstərib ki, düşərgəyə qatılmayacağı təqdirində onunla bağlı sərt cəza tədbiri görmək üçün əsaslı səbəbləri olsun.
Xatırladaq ki, Emrelinin “Legiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Lakin Mahir Plotsk “Visla”sı ilə oyundan sonrakı insidentlə əlaqədar komandadan ayrılmağa qərar verib. O, sözügedən komandanın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 33 oyunda 11 qol vurub.
Bizi Facebook-da izləyin