“Legiya” daha bir azərbaycanlı futbolçu transfer etdi
Polşanın “Legiya” klubu daha bir azərbaycanlı futbolçu transfer edib.
Komanda.az xəbər verir ki, Varşava təmsilçisi gənc müdafiəçi Ramil Mustafayevi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Jeşuv “Stal”ından transfer olunmuş 18 yaşlı futbolçu ilə müddəti 2025-ci il yayına qədər olan müqavilə imzalanıb. O, yeni komandasında 32 nömrəli formanı geyinəcək.
Keçidi ilə bağlı təəssüratlarını bölüşən Mustafayev bildirib ki, “Legiya”da oynamaq onun uşaqlıq arzusu olub: “Mən Rusiyada anadan olmuşam. Amma valideynlərim daha sonra Polşaya köçüblər. 10 ildir Varşavada yaşayırıq. “Legiya”nın oyunlarına gedir, tribunadan komandanı dəstəkləyirdim”.
2019-cu ildən “Stal”da çıxış edən Ramil Mustafayev bu mövsüm 13 oyuna 3 qol vurub. “Legiya” ötən yay Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də transfer etmişdi. Lakin o, Varşava təmsilçisinin azarkeşləri ilə yaşadığı problemlə əlaqədar bu klubdan ayrılmağa qərar verib.
Bizi Facebook-da izləyin