Legioner məsələsi: Azərbaycanın Premyer Liqa klublarının istədiyi olur
Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib.
İclasda AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edib. Komanda.az-ın əldə etdiyi məlumata görə, Abdullayev klub rəhbərlərinin tələbi və istəyi ilə iclasa qatılıb.
İclasda müzakirə olunan əsas məsələ dövlət tərəfindən klublara ayrılan maliyyə vəsaitinin hansı istiqamətdə xərclənməsi olub. Daha əvvəldən təklif irəli sürülmüşdü ki, dövlət tərəfindən ayrılan vəsait legioner futbolçulara xərclənməsin. Bu isə Premyer Liqa klublarının ciddi narazılığına səbəb olmuşdu.
Klublar Komitəsinin iclasında bu məsələ Rövnəq Abdullayevin diqqətinə çatdırılıb. AFFA prezidenti klubların istəyinin nəzərə alınması üçün çalışacaqlarını bildirib. Yəni, klublar dövlətdən ayrılan maliyyə vəsaitini legioner futbolçuların transferi, maaş və digər məsələlərə xərcləyə biləcəklər.
Bizi Facebook-da izləyin