“Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafı üçün atılan addımdır” – “Sabah”ın prezidenti

AFFA İcraiyyə Komitəsinin üzvü və “Sabah”ın prezidenti Maqsud Adıgözəlov legioner limitinin ləğvinin Azərbaycan futbolunun inkişafı üçün atılan addım olduğunu düşünür.

Komanda.az xəbər verir ki, o, bu barədə AFFA-nın Hesabat Konfransından sonra jurnalistlərə açıqlamasında deyib:

“Azərbaycan səviyyəsində “Sabah”ın futbol akademiyasını qənaətbəxş hesab etmək olar. Klubumuzun aşağı yaş qruplarından ibarət komandalarının və əvəzedici heyətin nəticələri göz qabağındadır. Yeddi il əvvəl bu işə qol qoyduq və demək olar ki, bəhrəsini görməyə başlamışıq. Həmin futbolçular bir-iki il sonra əsas komandaya cəlb olunacaqlar. Bu baxımdan legioner limitinin ləğvi “Sabah” klubu olaraq bizə ziyandır. Bunu klub prezidenti kimi deyirəm. AFFA İcraiyyə Komitəsində təmsil olunduğumu da bilirsiz. Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafı üçün atılan addımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button