“Leççe”yə qələbə üçün 1 qol bəs etdi
İtaliya A Seriyasında 13-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
“Empoli” – “Udineze” matçında qalib müəyyənləşməyib. “Venesiya” isə evdə “Leççe”yə uduzub.
Hazırda 29 xal toplamış “Napoli” vahid liderdir. Bu komandanı 28 xalla “Atalanta”, “İnter”, “Fiorentina” və “Latsio” klubları izləyirlər. “Yuventus”un 25, “Milan”ın 19, “Bolonya”nın 18 xalı var.
İtaliya A Seriyası
13-cü tur
23 noyabr
Verona – İnter 0:5
Qollar: Korrea, 17. Turam, 22; 25. De Vrey, 31. Bissek, 41.
Milan – Yuventus 0:0
Parma – Atalanta 1:3
Qollar: Kanselyeri, 49 – Reteqi, 4. Ederson, 39. Lukman, 75.
24 noyabr
Cenoa – Kalyari 2:2
Qollar: Frendrup, 12. Miretti, 59 – Marin, 8-pen. Pikkoli, 88-pen.
Komo – Fiorentina 0:2
Qollar: Adli, 19. Kin, 68.
Torino – Montsa 1:1
Qollar: Masina, 59 – Dyuriç, 63.
Napoli – Roma 1:0
Qol: Lukaku, 54.
Latsio – Bolonya 3:0
Qol: Jiqo, 68. Zakkayni, 72. Dele-Başiru, 90+2.
25 noyabr
Empoli – Udineze 1:1
Qollar: Pelleqri, 23 – Devis, 76.
Venesiya – Leççe 0:1
Qollar: Dorqu, 70.
Bizi Facebook-da izləyin