“Leççe” baş məşqçisiz qaldı
İtaliyanın “Leççe” klubu baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Liverani 2017-ci ildən bu komandanı çalışdırırdı. “Leççe” onun rəhbərliyi altında geridə qalan mövsümü 20 komanda arasında 18-ci pillədə başa vurub və A Seriyası ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin