“Baş məşqçi mənə çox kömək edir” – Leao
“Milan”ın 25 yaşlı vingeri Rafael Leao klubun baş məşqçisi Paulo Fansekanın ona öyrətdiklərindən danışıb.
Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Fonsekanın ona çox kömək etdiyini bildirib:
“İlk gündən baş məşqçi mənə qollar və ötürmələr haqqında deyil, arxa xəttə daha çox diqqət yetirmək üçün müdafiədə işləyən, dəyişdirilmiş oyunçuya ehtiyacı olduğunu söylədi. Bu da mənə daha yaxşı olmağıma kömək edir. Hətta biz burada maşın sürərkən, o, mənə bir-iki video göstərdi. O, mənə çox kömək edir”.
Leaonun “Milan”la müqaviləsi 2028-ci ilin yayına kimidir. O, cari mövsümdə 7 oyunda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin