“Ronaldo mənim üçün kumirdir” – “Milan”ın hücumçusu
“Milan”ın hücumçusu Rafael Leao kumiri ilə bağlı sualı cavablandırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı vinger Kriştiano Ronaldonun adını çəkib:
“Kriştiano Ronaldo? Təbii ki, o mənim üçün kumirdir. Amma uşaqlıqdan nümunə götürdüyüm yeganə insanlar valideyinlərimdir”.
Leao 2019-cu ildən “Milan”da çıxış edir. O, bu mövsüm “rossonyerlər”in heyətində bütün yarışlarda 26 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin