
Portuqaliyalı futbolçunun agenti “Barselona”nın prezidentini razı salıb
“Milan”ın hücumçusu Rafael Leao karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, tanınmış agent Jorje Mendeş portuqaliyalı futbolçunun transferi üçün “Barselona”nın prezidenti Xuan Laporta ilə danışıqlar aparıb.
Mendeş Kataloniya klubunun rəhbərini yayda Leaonu transfer etməyə razı salıb. Hazırda tərəflər müqavilənin şərtləri üzərində işləyirlər.
25 yaşlı forvard bu mövsüm “Milan”ın heyətində 39 matçında iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin