“Milan”ın uzun müddətdir danışıq apardığı futbolçu

“Milan”ın hücumçusu Rafael Leao klubla müqaviləni uzatmaq üçün danışıqlar aparır.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano şəxsi “tvitter” hesabında məlumat yayıb.

“Müqavilə danışıqlarının dayandığına dair bəzi şayiələrə baxmayaraq, “Milan” uzun müddətdir Leao ilə danışıq aparır və müzakirələr gələn aylarda davam edəcək. Bunun xaricində hər şey spekulyasiyadır.

Onun müqaviləsi 2024-cü ildə başa çatır, lakin 150 milyon avroluq sərbəst buraxılma maddəsi olduğu üçün, klub həmişə hansısa təklifi rədd edib. Hələ ki, vəziyyət sabitdir, gələcəklə bağlı gələn yay qərar veriləcək” – deyə, jurnalist yazıb.

23 yaşlı Leao bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button