Leao niyə “İnter”ə yox, “Milan”a keçib?

“İnter”ə transferi gündəmdə olsa da, Rafael Leao nə üçün “Milan”ı seçdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, keçmiş komandsı “Lill”dən ayrılmağı planlaşdırmasa da, klubun idman direktorunun onun satışından gəlir əldə etmək istədiyini və “İnter”ə keçid üçün təklif göndərildiyini bildirib. Ancaq bir neçə həftə sonra aldığı ikinci təklif gedişatı dəyişib:

“Paulo Maldini (“Milan”ın keçmiş futbolçusu) mənə videozəng etdi və dedi: “Sən gəlməlisən, səni komandada görmək istəyirik”. Mən də cavab verdim ki, razıyam. Sadəcə olaraq, bu təklifə “yox” deyə bilməzdim”.

Leao 2019-cu ildən “Milan”da çıxış edir. O, cari mövsümdə İtaliya kubokunun bir oyununda bir qol vurub. Futbolçu hazırda zədə səbəbindən bərpa prosesindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button