“Milan”ın hücumçusu daha bir oyunu buraxacaq

“Milan”ın və Portuqaliya millisinin hücumçusu Rafael Leao zədə səbəbindən komandaya hələ də kömək edə bilmir. O, mövsümün ilk qarşılaşmasında – İtaliya kubokunun “Bari”yə qarşı oyununda (2:0) sağ ayağının baldır əzələsindən zədə alıb. Portuqaliyalı futbolçu qol vurduqdan az sonra, 17-ci dəqiqədə əvəzlənmişdi.

Leao bu zədə səbəbindən A Seriyasının 1-ci turunda “Milan”ın “Kremoneze”yə 1:2 hesabı ilə uduzduğu matçda da iştirak etmədi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu avqustun 29-da səfərdə “Leççe”yə qarşı keçiriləcək oyunun heyətinə də daxil edilməyib.

Leaonun milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra – 14 sentyabrda “Bolonya” ilə keçiriləcək 3-cü tur matçında meydana dönəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button