
Kapello “Milan”ın hücumçusunu yuxuda gəzən insana bənzətdi
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello hücumçu Rafael Leaonun komandanın yeni çalışdırıcısı Massimiliano Alleqrinin rəhbərliyi altında daha intizamlı olacağına ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, artıq bu prosesin müsbət əlamətlərini gördüyünü deyib:
“Leao xüsusi oyunçudur, heç kim onun istedadına şübhə etmir. Amma o, çox vaxt yuxuda gəzən insana bənzəyir. Ümid edirəm ki, Alleqri ilə daha diqqətli və sabit olacaq. Mən artıq ilk əlamətləri görürəm”.
Portuqaliyalı futbolçu 2019-cu ildən “Milan”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin