“Layiqli qələbə qazandıq” – Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının 2-ci turunun “Qəbələ” – “Keşlə” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Öncədən bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibimiz olan “Keşlə” keyfiyyətli futbolçulardan ibarət komandadır. Həftə ərzində futbolçularımızı belə ağır matça hazırlamağa çalışdıq. Komandamız planı ümumilikdə yerinə yetirdi. Layiqli qələbə qazandıq. Yaovi Akakponu heyətə götürəndə hazır deyildi, uzun müddət futboldan kənar qalmışdı. İlk gündən də perspektiv vəd edən oyunçu idi. Hələ potensialını tam açmayıb və daha yaxşı ola bilər. Qapıçı Nicat Mehbalıyev inandığımız və güvəndiyimiz qapıçıdır. Onun oyunundan razıyam. 2:0 hesabı ilə öndə olanda və yaradılan qol imkanlarından istifadə edə bilməyəndə gərginliyin yaranması normaldır. Rəqib də qalib gəlmək istəyirdi. “Keşlə” də təzyiq göstərirdi və ikinci hissədə öz gücünü ortaya qoydu. Müdafiəyə çəkilmək fikrimiz yox idi. Əks-hücumlar hazırlamışdıq və rəqibin boşluqlarını bilirdik. Oyun göstərdi ki, bundan da yararlandıq. Əlbəttə, nəticəyə də oynamaq önəmlidir. Məni nəticədən öncə komandanın yanaşması və tapşırıqları maksimum yerinə yetirməsi razı salır. Onda işin bəhrəsini görürsən, nəticə də bəzən alınır, bəzən yox. Bu komanda daha da yaxşı ola, inkişaf edə bilər. Fasilədə də həmin epizoda görə Məqsəd İsayevə heç kim irad bildirmədi. Bu, futbolun xırda detalıdır. Belə hallar olur. Onların üzərində çox dayanmaq lazım deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button